TƏCİLİ: Ukrayna xüsusi təyinatlıları Rusiyaya GİRDİ - ŞOK əməliyyat BAŞLADI


Rusiyanın Bryansk vilayətinin sakinləri Vıqoniçi kəndi yaxınlığında Ukraynanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarını gördüklərini bildiriblər.

Turkustan.az xəbər verir ki, bu barədə “Операция Z: Военкоры Русской Весны” adlı Telegram kanalı məlumat yayıb.

Məlumata əsasən, ukraynalı kəşfiyyatçıların görüldüyü ərazi mühasirəyə alınıb, bütün giriş-çıxış yolları bağlanıb.

Bildirilir ki, bölgədə Rusiya sərhədçiləri, FTX və Rusiya Milli Qvardiyasının xüsusi təyinatlıları, həmçinin “Şimal” qrupunun birləşmələri əməliyyat həyata keçirir.

Ukrayna kəşfiyyat qrupunun Bryansk vilayətində görünməsi barədə məlumat mayın 21-də yayılıb. Qeyd olunur ki, təxminən səkkiz nəfərlik qrup Subbotovo kəndində müşahidə edilib. Həmin kənd Vıqoniçidən təxminən 10 kilometr məsafədə yerləşir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücum etdiyi bildirilib. Səhər saatlarında Sumı vilayətinin Pavlovka kəndindən Rusiyanın Novıy Put yaşayış məntəqəsi istiqamətində üç BMP (piyada döyüş maşını) və bir BTR-lə (zirehli transportyor) hücum qruplarının irəlilədiyi qeyd olunub.

photo_2025-05-21_15-40-54-1.jpg (283 KB)


MANŞET XƏBƏRLƏRİ