Nərminlə Elgünün qatilləri eyni şəxslərdir? – İki cinayətdə oxşar detallar / VİDEO


Gəncədə müəmmalı şəkildə həyatını itirən Elgün İbrahimovun ətrafında müzakirələr səngimir. Cəmiyyətdə bu dəhşətli qətllə bağlı qəzəb, təəssüf hissi var. Üstəlik, ictimaiyyət cinayətin üstünün açılmasını gözləyir, tələb edir.

18 yaşlı gəncin cəsədi üzərində belə zorakılıq əlamətləri eşidənləri şoka salıb. Müxtəlif versiyalar səsləndirilir, şayiələr yayılır. İstintaq isə hələlik araşdırmaya davam edir.

Sosial şəbəkələrdə, mediada hər gün, hər saat bu hadisə barədə şərhlər, yazılar paylaşılır.

Elgünün qətli bir neçə il öncə baş vermiş digər dəhşətli cinayəti yada salır. Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə öldürülməsi də Azərbaycan cəmiyyətində narahatlıq və hiddət yaratmışdı. Bu cinayət indi də yada düşəndə insanlarda qəzəb hissi yaradır.

Bu cür hadisələrdə xalqın fikri əsasən belə olur: Cinayəti ayrı-ayrı şəxslər törətsə də mahiyyətcə qatil(lər) eyni adam(lar)dır…

Ətraflı videoda:

/globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ