“SSRİ hələ də mövzuddur, onun dağıdılması qanunsuzdur” - Putinin müşavirindən sensasiyalı bəyanat


Rusiya artıq SSRİ-nin bərpası arzusunu rəsmən dilə gətirməyə başlayıb. Xüsusilə də Ukraynada davam edən işğalçılıq müharibəsi fonunda Kremlin SSRİ-nin bərpası ilə bağlı eyhamları kifayət qədər təhlükəlidir…

Turkustan.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putinin müşaviri Anton Kobyakov SSRİ-nin hələ də mövcud olduğunu və onun dağıdılmasının hüquqi əsasının olmadığını deyib.

Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında deyib ki, Sovet İttifaqı dağılanda “hüquqi prosedur pozulub, yəni SSRİ hələ də mövcuddur”. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ