Lavrovun İrəvana səfərinin tərs üzü – “Zəngəzur kartı” masaya atılır?


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edib. Son vaxtlar Rusiya və Ermənistan arasında müşahidə olunan yaxınlaşmanın fonunda bu səfər diqqət çəkir.

Lavrovun səfəri Moskva-İrəvan münasibətlərinə necə təsir göstərəcək? Kreml Paşinyana hansı mesajı çatdırır?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Lavrovun səfəri regionda formalaşan yeni geosiyasi mənzərə ilə bağlıdır:

“Azərbaycan bir daha Rusiya qarşısında müstəqil duruş sərgiləyəndən sonra, Moskvanın ümidləri Ermənistana qalıb. Aydındır ki, Gürcüstan Kremllə məsafə saxlayır, Azərbaycan isə öz müstəqil yolundan kənara meyl etmir. Deməli, regionda ən zəif həlqə Ermənistandır. Hesab edirəm ki, Lavrovun Ermənistana səfərinin məqsədi Rusiyanın regionda nüfuzunu artırmaqdır”.

fuzuli qurbanov 9

Füzuli Qurbanov

F.Qurbanov qeyd edib ki, Moskva Zəngəzur dəhlizi təşəbbüsünü öz üzərinə götürməyə cəhd edə bilər:

“İndi Rusiyanın yeganə nüfuz obyekti Zəngəzurdur. Ancaq bu da kifayət qədər mürəkkəb işdir.

Bunlarla yanaşı, Lavrovun Macarıstanda keçirilən TDT sammiti ilə eyni vaxtda İrəvana səfər etməsi geosiyasi və siyasi jestdir. Yəni Rusiya Ermənistanı buraxmaq niyyətində deyil”.


MANŞET XƏBƏRLƏRİ