ABŞ “könüllü deportasiya” proqramına başladı


ABŞ hökuməti könüllü repatriasiya proqramının birinci mərhələsində 68 miqrantı Honduras və Kolumbiyaya geri göndərib.

Turkustan.az xəbər verir ki, ABŞ-dakı immiqrantlardan 68-i hökumətin könüllü repatriasiya proqramı çərçivəsində Honduras və Kolumbiyaya göndərilib.

Ölkəni könüllü tərk edənlərə 1000 dollar depozit qoyulan debet kartı və ABŞ-a qanuni giriş üçün müraciət etmək hüququ təklif olunur.

Proqram çərçivəsində 38 honduraslı, o cümlədən 19 uşaq ölkənin şimalındakı San Pedro Sula şəhərinə gəlib.

Ölkəni könüllü tərk edən Kevin Antonio Posadas Hondurasın paytaxtı Tequsiqalpadan olduğunu bildirərək, 3 ildir Hyustonda yaşadığını, lakin Tramp administrasiyasının təklifini açıqladıqdan sonra Hondurasa qayıtmaq barədə düşünməyə başladığını bildirib.

Aytən Yaşar/ Turkudstan.az


MANŞET XƏBƏRLƏRİ