Kadırov tələb etdi: Rusiya gerbindən xaç götürüldü


Çeçenistan rəhbəri Ramzan Kadırovun istəyi ilə Kremlin saytındakı Rusiya gerbindən xaç işarəsi götürülüb.

Turkustan.az xəbər verir ki, bu barədə “Kremlyovskata Tabakerka” Teleqram kanalı Rusiya Prezident Administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

“Biz bunu Ramzan Kadırovun istəyi ilə etdik. Rusiyanın çoxkonfessiyalı təbiətinə və digər dinlərin, o cümlədən islamın dövlət tarixində xüsusi roluna hörmət əlaməti olaraq”, - Kremldəki mənbə bildirib.

Vladimir Putinin bu məsələdən xəbərinin olub-olmaması ilə bağlı məlumat verilməyib.

Kadırovun ətrafındakı mənbələr də faktı kanala təsdiqləyiblər:

“Kadırov özünün PA-dakı yaxşı tanışlarından gerbdəki xaç işarəsinin götürülməsini istəyib. Müraciət çeçenlərin və digər müsəlmanların hərbi əməliyyatda böyük rolu və onların dini hisslərinə hörmət edilməsi zərurəti ilə bağlı idi”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ