Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəsmi nikahda yaşadığı Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.
Turkustan.az Baku.TV-yə istinadən xəbər verir ki, o, qızının işgəncə ilə öldürüldüyünü bildirib.
“Mənim balamı zülümlə öldürüb. Aldadıb aparıb ödürüb. 5 gün bundan qabaq mən onu evdən çıxarmışam. Demişəm ki, “get, bir də bura dönmə, nə vaxt atan, anan bura gələcək, söz verəcək...Nə vaxt ki, toydan əvvəl gəlib söz vermişdilər, sinəsinə döymüşdü ki, “bu gəlin mənimdir, mən baxacam öz balam kimi”. Baxmadı ki... Getdim balamı gətirdim”.
Atası bildirib ki, qızının yaşı düşmədiyi üçün onların rəsmi nikahı olmayıb:
“Qızımı qaçırdı. Həmin gecə evlərinə getdim qızı gətirmək üçün. Düşdülər ayağımıza dedilər ki, “ağır seyidik, bu bala mənim balamdır, narahat olmayın. Bu qızı buradan heç kim apara bilməz, aparan da xeyir tapa bilməz. Ona görə də susduq qaldıq, kişi söz verdi də, biz nə bilərdik ki, bu kişi deyilmiş. Mən onu özüm maşına mindirib aparmışdım. Məndən sonra gəlib qızımı aldadıb aparıb. 17-si qızımı öldürüb, dünən xəbəri gəlib. Onun valideyni bilirmiş. Gülə-gülə kürdən çıxardı meyiti”.
Xatırladaq ki, S. Talıbzadə mayın 17-si birgə yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Səhəri gün cəsədi gətirərək çaya atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.
Ətraflı videomaterialda:
"Cebheinfo.az"