Ötən gün İstanbulda baş verən 4 bal gücündə zəlzələ yenidən ciddi narahatlığa səbəb olub. Maraqlıdır ki, yerli seysmoloqlar uzun müddətdir, bölgə ilə bağlı xəbərdarlıqlar edirlər. Bu cür bədbin proqnozlar əhali arasında təşvişə yol açır.
Böyük şəhərlərdə ehtimal edilən ssenarilər reallaşa bilərmi?
Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli deyib ki, zəlzələ haqda öncədən verilən proqnozlar əsassızdır:
Tahir Məmmədli
“Heç kim bunu əsaslandıra bilmir, boş sözlərdir. Görünür, istər bizdə, istərsə də Türkiyədə, güclü zəlzələnin olacağını iddia edənlər seysmologiyadan uzaqdırlar. Ümumiyyətlə, proqnoz məsələsi asan iş deyil. Onu elmi cəhətdən izah etmək şərtdir. Konkret nəsə demək mümkünsüzdür. Lakin bəzi “seysmoloqlar” iddia edirlər ki, zəlzələ bu tarixdə olacaq. Çoxları bu təbiət hadisəsinin nə olduğunu, nəyə görə baş verdiyini bilmirlər. Sadəcə aralarında mübahisə edirlər”.