Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsindəyik - Hakan Fidan


Türkiyə Xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni açıqlama verib.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Fidan Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının Qeyri-rəsmi toplantısında çıxış edib.

O: "Rusiya-Ukrayna müharibəsində diplomatik həll yolunda bir dönüş nöqtəsindəyik. Ümid edirik ki, İstanbulda keçirilən danışıqlar hərtərəfli atəşkəs və bunun ardınca ədalətli və qalıcı sülh üçün zəmin hazırlayacaq"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ