ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı Ukrayna və onun Qərb müttəfiqlərini məyus edib.
Turkustan.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
"Tramp Avropa liderləri ilə ya qeyd-şərtsiz atəşkəs, ya da təklifdən heç nə gəlmədiyi təqdirdə sanksiyalar nəzərdə tutan yanaşmaya razılaşdı. Görünür, o, Putinlə söhbətindən sonra bu fikrindən əl çəkib. 24 saatdan artıq davam edəcək heç bir şeyə ona etibar etmək olmaz. Onun Ukrayna ilə heç bir marağı yoxdur"- deyə, Avropa diplomatiyasının şərti ilə danışan diplomat bildirib.
Agentlik qeyd edir ki, eyni zamanda, Avropa Trampın yenidən öz nöqteyi-nəzərini dəyişməsinin mümkünlüyünə inanır.
Aytən Yaşar/ Turkustan.az