Rusiya prezidenti Vladimir Putin təxminən 9 aya yaxın Ukrayna ordusunun nəzarətində olan bir hissəsi tamamilə geri alınan Kursk bölgəsinə səfər edib.
Turkustan.az Kremldən verilən açıqlamaya görə, Putin dünən Kursk bölgəsinə səfər edib. Putin regiondakı könüllü təşkilatların nümayəndələri ilə görüşüb və Kursk vilayətinin qubernatorunun müavini Aleksandr Xinşteynlə görüşüb.
Putin həmçinin Kurçatov şəhərində Kursk vilayətinin şəhər merləri ilə görüş keçirib və hazırda tikilməkdə olan “Kursk Atom Elektrik Stansiyası-2” ilə tanış olub.
Ukrayna ordusu 2024-cü il avqustun 6-da Rusiyanın cənubundakı Kursk vilayətinə daxil olaraq müharibədə yeni cəbhə açdı. Ukrayna ordusu rus ordusu ilə şiddətli toqquşmaların baş verdiyi bölgədə sürətlə irəliləyərək 1268 kvadrat kilometr ərazini sürətlə nəzarətə götürüb.
Aprelin 26-da Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidenti Vladimir Putinə Kursk vilayətinin Ukrayna ordusundan tamamilə azad edildiyini və Ukrayna ordusunun bölgədə məğlubiyyətə uğradığını bildirib.
Aytən Yaşar/ Turkustan.az