Almaniya müdafiə nazirindən Trampa sərt sözlər: “Putinə vaxt verdi, Ukraynanı qurban etdi”


ABŞ hələ də Rusiyaya qarşı növbəti sanksiya paketinə qoşulub-qoşulmayacağını açıq şəkildə bildirməyib. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorios "Deutschlandfunk" nəşrinə açıqlamasında bildirib.

Turkustan.az xəbər verir ki, nazir ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlarda ciddi səhvə yol verdiyini deyib.

Pistoriosun fikrincə, Tramp Putinə kifayət qədər təsir göstərmək əvəzinə, ona hücumları davam etdirmək üçün zaman qazandırıb. O, Trampın Ukraynanın NATO-ya üzvlüyünü nəzərdən keçirməkdən imtinasını da sərt tənqid edib.

“Mən əminəm ki, Tramp nəhayət anlayacaq: Putini təkcə şəxsi söhbətlərlə razı salmaq mümkün deyil,” – deyə Almaniya müdafiə naziri bildirib.

Nazir əlavə edib ki, Rusiya sülhə maraqlı görünmür və bu səbəbdən ona qarşı təzyiqlər həm sanksiyalar, həm də Ukraynaya dəstəyin artırılması yolu ilə gücləndirilməlidir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ