Suriyada vətəndaş müharibəsinin sona çatmasından sonra beynəlxalq aləmdə başlayan normallaşma prosesi bu kontekstdə Avropa İttifaqından diqqətəlayiq bir addım atıldı.
Turkustan.az xəbər verir ki, dünyanın ən qədim xəbər agentliyi olan Agence France-Presse-in (AFP) verdiyi məlumata görə Aİ Dəməşq rəhbərliyinə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi ilə bağlı ilkin razılığa gəlib.
Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən son toplantıda yekdilliklə 2011-ci ildən Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğvinə qərar veriblər. Bu sanksiyalar Əsəd rejiminə qarşı başlayıb və rejim rəsmilərinin aktivlərinin dondurulması, səyahət qadağaları, neft ixracına məhdudiyyətlər və müxtəlif iqtisadi sektorlara embarqolar daxildir.
Diplomatlar bildiriblər ki, Aİ-yə üzv 27 ölkənin səfirləri bu gün Brüsseldə keçiriləcək Xarici İşlər Nazirlərinin Toplantısında qərarı rəsmən elan edəcəklər.
Aytən Yaşar/ Turkustan.az