Qəzza tunellərində tapılan bu məxfi sənəd dünyanı silkələyə bilər – ŞOK


“HƏMAS-ın 2023-cü il 7 oktyabrda İsrailə hücum etməkdə məqsədi Səudiyyə Ərəbistanı ilə normallaşma prosesini pozmaq olub”.

Turkustan.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı İsrail ordusu Qəzza tunellərində materiallar tapıb.

“Onlar ehtiyat ediblər ki, Riyaddan sonra digər müsəlman ölkələri də Təl-Əvivlə əlaqələri bərpa etmək qərarına gələ bilər. Tapılan sənəd isə HƏMAS Siyasi Bürosunun hücumdan bir qədər əvvəl baş tutan iclasının protokoludur. Hərəkata yaxın olan kəşfiyyat cəmiyyətindəki mənbələr kağızın real olduğunu təsdiqləyiblər.

Burada həmçinin, təşkilatın keçmiş lideri Yəhya Sariyanın öz yoldaşlarına xəbərdarlığı qeyd olunub. O bildirib ki, İsrail ərəb ölkələri ilə münasibətlərini normallaşdırsa, Fələstin problemi beynəlxalq gündəmdə arxa plana keçəcək”, – deyə nəşr yazıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ