Ukrayna: Rusiya 110 PUA ilə hücum həyata keçirib


Rusiya ordusunun bu gecə 110 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücumlar təşkil etdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Telegram hesabından edilən yazılı açıqlamada, Rusiya ordusunun bu gecə Ukraynaya İHA-dan hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücumun Ukraynanın Kiyev, Sumı, Dnepropetrovsk, Poltava və İvano-Frankivsk bölgələrində həyata keçirildiyi, Rusiya ordusunun 110 İHA və simulyator pilotsuz uçan aparatlarla hücumu həyata keçirdiyi qeyd edilib.

Açıqlamada Ukrayna ordusunun Hərbi Hava Qüvvələri tərəfindən 62 PUA-nın məhv edildiyi, 29 simulyator pilotsuz təyyarənin isə istiqaməti dəyişdirilərək zərərsizləşdirildiyi vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ