İsrail ordusunun gecə boyu Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu 51 fələstinlinin həyatını itirdiyi, çoxlu sayda insanın isə yaralandığı bildirilib.
Turkustan.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrailin gecə boyu Qəzza zolağının cənub və şimalındakı fələstinlilərin evlərini hədəf aldığını bildirib.
Hücumlarda aralarında uşaq və qadınların da olduğu 51 nəfərin həyatını itirdiyi, 45-nin Qəzza zolağının şimalında olduğu, çoxlu sayda insanın da yaralandığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az