Ağ Ev bildirib ki, ABŞ prezidenti Donald Tramp nadir torpaqlar sazişinin imzalanmasından sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə “çox yaxşı və məhsuldar” görüş keçirib.
Turkustan.az xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt keçirdiyi mətbuat konfransında Tramp və Zelenski arasında keçirilən görüşlə bağlı açıqlama verib.
"Prezident Zelenski prezident Trampa zəng edərək nadir torpaqlar üzrə sazişin Ukrayna parlamentindən keçdiyini bildirdi. Mən prezidentlə bu zəng barədə danışdım. O dedi ki, bu, çox yaxşı və məhsuldar zəngdir"-deyə, Leavitt bildirib.
Sözçü deyib ki, o, nadir metallar üzrə sazişin həm ABŞ, həm də Ukrayna üçün çox yaxşı müqavilə olduğuna inanır və bu saziş hər iki ölkənin xalqına fayda verəcək.
Leavitt Tramp və Zelenskinin Rusiya-Ukrayna atəşkəs prosesini də müzakirə etdiklərini qeyd edərək: “Ümid edirik ki, hər iki ölkə gələn həftə atəşkəsi qəbul edəcək” deyib.
Bildirək ki, ABŞ prezidenti Tramp dünən ABŞ və Ukrayna arasında nadir metallar sazişinin rəsmi olaraq imzalandığını və qüvvəyə mindiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az