Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov hesab edir ki, Rusiya və ABŞ arasında liderlərin görüşünə doğru hərəkət var.
Turkustan.az xəbər verir ki, o, bu fikri VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib. O, bu fraqmenti Telegram kanalında yayımlayıb.
"Mənə elə gəlir ki, biz irəliləyirik"- deyə, Kreml sözçüsü Rusiya və ABŞ arasında danışıqlar prosesində iki ölkə prezidentləri arasında görüşə doğru hərəkətin olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Aytən Yaşar/ Turkustan.az