Bloomberg: Trampa Rusiyaya iqtisadi təzyiq variantları təklif olunur


Amerika rəsmiləri Ağ Ev rəhbəri Donald Tramp üçün Ukraynada atəşkəsə nail olmaq üçün Rusiyaya iqtisadi təzyiqi artırmaq yolları ilə bağlı variantlar hazırlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb .

Mənbələrinin sözlərinə görə, Tramp hələlik bu məsələ ilə bağlı qərar qəbul etməyib və diplomatik səylərə üstünlük verir. Prezidentə təqdim olunan konkret tədbirlərin təfərrüatları açıqlanmayıb.

Bundan əvvəl dövlət katibi Marko Rubio bildirmişdi ki, ABŞ administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmir, çünki o, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prosesinə xələl gətirmək istəmir. Aprelin 24-də Tramp “bir həftə ərzində” anti-Rusiya sanksiyalarının sərtləşdirilməsinin mümkünlüyü ilə bağlı suala cavab verməyə üstünlük verəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ