Zəngəzur dəhlizində iş nə vaxt başlayacaq? – İrəvan açıqladı


“Ermənistan “Tramp Yolu” layihəsinin icrasını “Sülhün kəsişməsi” təşəbbüsünün tərkib hissəsi hesab edir. Bu təşəbbüs Orta Dəhliz, Fars körfəzi–Qara dəniz proqramları ilə tam uyğundur”.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, “Tramp Yolu” (TRIPP) layihəsinin icra və tikinti mərhələsi 2026-cı ildə başlayacaq.

“Ermənistan ABŞ-la “Tramp Yolu” layihəsi üzrə intensiv danışıqlar aparır.

“TRIPP Company” adlı erməni–amerikan şirkəti Ermənistanda qeydiyyatdan keçəcək və dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, həmçinin fiber-optik kabellər üçün zəruri infrastrukturun inkişafı hüququnu əldə edəcək”, – qurum bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ