Vatikanda ilk dəfə olaraq Milad ayinini Papa XIV Leo idarə etdi


Xristianlıqda İsa Məsihin doğum gününü qeyd etmək üçün Vatikan dövlətinin başçısı və Katolik Kilsəsinin mənəvi lideri Papa Leo XIV ilk dəfə Milad ayini keçirdi.

Turkustan.az xəbər verir ki, Vatikandakı məşhur Müqəddəs Pyotr Bazilikasında keçirilən Milad ayini kardinallar, yepiskoplar, Katolik Kilsəsinin keşişləri, Vatikanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və çoxsaylı digər qonaqlar tərəfindən dinlənilib.
Papa XIV Leo burada etdiyi çıxışında materializmi tənqid edərək, təhrif olunmuş iqtisadiyyatın insanlara əmtəə kimi yanaşdığını söylədi.

Bu arada, ayindən əvvəl Papa eyni adı daşıyan bazilikanın qarşısındakı meydana toplaşan dindarları və çöldə qalanları salamlayıb və onlara Milad bayramını təbrik edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ