Vladimir Zelenski Ukraynada müharibədən sonrakı yenidənqurma üçün 800 milyard dollara qədər vəsait səfərbər etməyi planlaşdırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, o, vəsaitin müxtəlif mənbələrdən, o cümlədən səhmlərdən, qrantlardan, borc alətlərindən və özəl investisiyalardan toplanacağını bildirib.
Ukrayna prezidenti qeyd edib ki, təklif etdiyi plan iqtisadi bərpa, təsirlənmiş bölgələrin yenidən qurulması və humanitar yardıma yönəlmiş bir neçə hədəf fondunun yaradılmasını nəzərdə tutur.
Misal olaraq, o, layihənin müddəalarından birini göstərib. Bu müddəalara əsasən, ABŞ və Avropa ölkələri Ukrayna infrastrukturuna və iqtisadiyyatına şəffaf investisiya qoyuluşu üçün 200 milyard dollarlıq fond yarada bilərlər./publika.az