Sudani: İsraillə münasibətlərin normallaşmasına ehtiyacımız yoxdur


İraq Xaldey patriarxı Lui Rafael Sakonun İsrail ilə münasibətlərin normallaşdırılması çağırışı mübahisələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, baş nazir Məhəmməd Şiə əl-Sudaninin də qatıldığı Bağdadda keçirilən Milad tədbirində çıxış edən Sako İsrail ilə normallaşmanın İraqda başlamalı olduğunu müdafiə etdi.

Baş nazir Sudani kürsüyə çıxaraq Sakonun sözlərinə reaksiya verərək dedi: "İraqda (İsraillə) normallaşmaya ehtiyacımız yoxdur. "Normallaşma" sözü İraq lüğətində yoxdur, çünki sionist rejimi ilə sinonimdir."

Şiə Milli Hərəkatının lideri Müqtəda əs-Sədr də Xaldey Kilsəsi Patriarxının sözlərinə reaksiya verərək bildirib ki, "Normallaşdırma İraq qanunlarına görə cinayətdir və cinayət cəzasına məruz qalır. Kimliyindən asılı olmayaraq, normallaşdırmanı təşviq edən və ya tələb edən hər kəs cəzadan azad deyil".

İraqlı millət vəkili Mustafa Sened Sakoya qarşı məhkəmədə iddia qaldıracağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ