Trampın Putinə qarşı ritorikası dəyişdi – “Ona etibar etmək olmaz”


ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makron və Böyük Britaniya Baş naziri Kir Starmerin aylarla davam edən diplomatik səylərindən sonra Rusiya lideri Vladimir Putinlə bağlı ritorikasını bir qədər dəyişib.

Turkustan.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Amerika nəşri bildirir ki, Starmer və Makron Trampı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq etməməyə və qəzəbini Putinə yönəltməyə inandırıb.

“Politico” qeyd edir ki, Britaniya və Fansa liderləri bunun üçün Putinin Amerika prezidentini axmaq göstərdiyi arqumentindən istifadə etdilər:

“Nəhayət, ABŞ prezidentinin Putini ictimai tənqidi London və Parisi sevindirdi, çünki onların son üç ayda göstərdikləri səylər öz bəhrəsini verməyə başlayıb”.

Bir britaniyalı diplomat nəşrə deyib: “Zelenski Romada Trampın düşüncəsinə təsir edə bilib. Britaniya və Fransa da ardıcıl olaraq Putinin özünün elan etdiyi atəşkəsi daim pozmaqla Trampa hörmətsizlik etdiyini vurğulayıb. Bu, xüsusilə həssas mövzuya çevrilib, çünki Tramp insan itkilərinə həssasdır, bu, onu həqiqətən narahat edir.

İndi Tramp başa düşdü ki, Putinə etibar etmək olmaz. Makron bunu daim təkrarlayır və Trampa çatdırmağa çalışır. Bu, bizim hazırkı strategiyamızdır”.

“Politico” yazır ki, Britaniya və Fransa indi səbirsizliklə Trampın Putinə qarşı sərt mövqeyinin uzun müddət davam edib-etməyəcəyini gözləyir. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ