Mayın 1-də yerli vaxtla saat 07:47-də Ermənistanda 2,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Turkustan.az xəbər verir ki, yeraltı təkanlar Qeqarkunik rayonunun Qavar şəhərindən 13 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Seysmoloji Xidmətin məlumatına görə, episentral zonada yeraltı təkanlar 3-4 bal təşkil edib.
Zəlzələ Ermənistanın bir sıra rayon və kəndlərində, həmçinin Azərbaycanın sərhəd bölgələrində hiss olunub.
Həmin yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub. /Modern.az/