Zelenskidən ŞOK AÇIQLAMA: Rusiya Belarusa hücuma hazırlaşır


Ukrayna prezidenti Vladimir Zelenski Varşavada keçirilən Üç Dəniz Təşəbbüsünün 10-cu sammitində videokonfrans vasitəsilə iştirak edib.

Turkustan.az xəbər verir ki, sammitdə müxtəlif məsələlərlə bağlı qiymətləndirmələr aparan Zelenski Rusiya ilə davam edən müharibənin gələcəyi ilə bağlı proqnoz verib.

Zelenski Rusiyanın Belarusda yay aylarında hərbi təlimlər adı altında bəzi şeylər hazırladığını və hücumların ümumiyyətlə bu şəkildə başladığını bildirib.

"Bu dəfə harada? Bilmirəm. Ukrayna, Litva, Polşa? Allah eləməsin. Amma hamımız hazır olmalıyıq. Bütün qurumlarımız əməkdaşlığa açıqdır"-deyə, Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ