Uşakov: Vitkoff bu həftə Moskvaya gəlməyi planlaşdırır


ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff bu həftə Moskvaya səfər edə bilər. Bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Turkustan.az xəbər verir ki, prezidentin köməkçisi müvafiq suala “Bəli” cavabını verib.

Vitkoff bundan əvvəl aprelin 11-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya səfər etmişdi. Onların söhbəti dörd saatdan çox davam edib və əsas mövzu Ukraynadakı nizamlanma olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ