Krokusda terror aktını onlar təşkil edib: Rusiya detalları açıqladı


2024-cü il martın 22-də "Crocus City Hall"da baş vermiş terror aktının təşkilinin arxasında qeyri-dost dövlətin xüsusi xidmət orqanları dayanır, terror aktının məqsədi Rusiyada vəziyyətin sabitliyini pozmaq idi.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

“Toplanan sübutlar əsasında istintaq belə nəticəyə gəlib ki, terror aktı Rusiyada vəziyyəti sabitləşdirmək məqsədi ilə qeyri-dost dövlətin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb və təşkil edilib”, - deyə o vurğulayıb.

Petrenkonun sözlərinə görə, terror aktları törətmək üçün beynəlxalq terror təşkilatının üzvləri cəlb edilib./publika.az


MANŞET XƏBƏRLƏRİ