"Qarabağ"ın 1/8 finaldakı rəqibi müəyyənləşdi


Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Turkustan.az xəbər verir ki, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutub. Tədbirdə avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib.

Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokların 1/8 final mərhələsində mübarizə aparacaq Ağdam klubunun bu raunddakı rəqibi Almaniya təmsilçisi "Bayer Leverkuzen" olacaq.

Qeyd edək ki, 1/8 finalın ilk görüşü mart 7-də Bakı, cavab oyunu isə 1 həftə sonra Leverkuzendə baş tutacaq. (publika.az)


MANŞET XƏBƏRLƏRİ