Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Neftçi" Belarusun "Dinamo" (Minsk) komandası ilə qarşılaşacaq.
Turkustan.az xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək. Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv ilk oyunda rəqibinə 4:2 hesabı ilə məğlub olub.
Bu gün eyni zamanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində təmsilçimiz "Zirə" Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcək.
Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Estoniyada keçirilən ilk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gəlib. /bakivaxti.az/