Türkiyə günə əməliyyatla başladı! Saxlanılanlar var


Ankarada CHP-nin idarə etdiyi Etimesgut Bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əməliyyatı keçirilib.

Turkustan.az xəbər verir ki,Ankara Qərb Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla 52 nəfər saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, istintaq tenderlərdə qanun pozuntuları, saxta sənədlərin hazırlanması, dayanacaq icarəsi əməliyyatlarında sui-istifadə, eləcə də rayonlaşdırma və tikinti icazələri prosesində şəxsi mənfəət əldə edilməsi iddiaları əsasında başlanıb.

Ankara Qərb Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun koordinasiyası ilə həyata keçirilən əməliyyat zamanı Ankarada mərkəz olmaqla 9 vilayətdə çoxsaylı ünvanda axtarış və müsadirə tədbirləri aparılıb.

İstintaqın tender saxtakarlığı, rüşvət, mənimsəmə və saxta sənəd tərtib edilməsi iddialarını əhatə etdiyi bildirilir. Prokurorluq əməliyyat və istintaq tədbirlərinin çoxşaxəli şəkildə davam etdiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ