İsrailin Baş naziri Benyamin Netanyahu ABC News telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampla İran məsələsi ətrafında apardığı müzakirələrə və son günlər gündəmdə olan iddialara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, o, Trampı İranla müharibəyə qəsdən cəlb etdiyi barədə səsləndirilən ittihamları qətiyyətlə rədd edib.
Müsahibə zamanı aparıcı Netanyahuya ABŞ vitse-prezidenti JD Vensin İsrail hökumətinə yönəltdiyi son tənqidlər fonunda, Donald Trampı İranla müharibəyə sövq edib-etmədiyi barədə birbaşa sual ünvanlayıb.
Netanyahu isə bu iddiaları qəbul etməyərək belə cavab verib:
"Mən heç kimi heç nədə yanıltmamışam. Heç kim Donald Trampa nə edəcəyini deyə bilməz".
Baş nazir vurğulayıb ki, ABŞ prezidentinin qərarlarını kənardan yönləndirmək mümkün deyil və bu barədə irəli sürülən iddialar həqiqəti əks etdirmir.
Netanyahunun açıqlamaları Vaşinqton və Təl-Əviv arasında İranla bağlı son dövrlərdə yaranan fikir ayrılıqları və siyasi müzakirələrin davam etdiyi bir vaxta təsadüf edib.

Aytən Yaşar/ Turkustan.az