Çox qol vurub qudurdu - “Nyukasl”ın oyunçusu Bakıda...


"Qarabağ" - "Nyukasl" matçının (1-6) ilk hissəsindən sonra İngiltərə komandasının iki oyunçusu arasında ciddi gərginlik yaranıb, onları stadionunda bir-birindən ayırmaq üçün komanda yoldaşları araya giriblər.

Belə ki, 5-0 hesabı ilə öndə olduğu oyunda dörd qol vuran Entoni Qordona komandanın kapitanı Kieran Trippier arasında mübahisə yaranıb. Britaniya mediasının məlumatına görə, mübahisə stadionda əlbəyaxa davaya çevrilmək təhlükəsi ilə üzləşib. Bildirilir ki, gərginliyə səbəb komanda kapitanı Qordona ikinci penaltin özünün vurmasına qarşı olub, amma oyunçu buna məhəl qoymayıb və 11 metrlik zərbəni özü vurub.



Kapitan isə penaltinin Nik Voltemadanın vurmasını istəyirmiş. Penalti vurulmazdan əvvəl Trippier alman hücumçuya şans verməyə çağırıb və Qordonun artıq het-trik etdiyini iddia edib. Lakin Qordon penalti vurmaqda israr edib və bu kapitanı qəzəbləndirib. Oyunçular soyunma otağına gedərkən kapitan şikayətlərini bildirib və hücumçuya barmağını yelləyib. Qordon qəzəbli şəkildə jestlərlə cavab verib. Komanda yoldaşları oyunçuları sakitləşdirməyə çalışıblar. Oyundan sonra nə baş verdiyi haqda bilgi yoxdur./Musavat.com


MANŞET XƏBƏRLƏRİ