Axios: ABŞ-dan gizli Kuba həmləsi - Görüş keçirildi


ABŞ dövlət katibi Marko Rubionun Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi ilə gizli görüşlər keçirdiyi iddia edilir.

Turkustan.az xəbər verir ki, Amerika xəbər platforması Axios-un məsələ ilə tanış olan üç mənbəyə istinadən verdiyi məlumata görə, Rubio və Raul Guillermo Rodriguez Castro arasındakı gizli əlaqələr danışıqlardan daha çox "gələcəklə bağlı müzakirələr" kimi təsvir edilib.

Xəbərdə diplomatik kanallardan yayınaraq keçirilən bu görüşlərin "olduqca dostcasına" keçirildiyi bildirilir və ABŞ administrasiyasının mövqeyinin "Kubadakı rejim getməlidir" olduğu və prosesin necə başa çatacağına ABŞ prezidenti Donald Trampın qərar verəcəyi iddia edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ