ABŞ ordusunun Suriyadakı təxminən 1000 əsgərini iki ay ərzində tamamilə çıxarmağa hazırlaşdığı bildirilir.
Turkustan.az xəbər verir ki, Amerikanın "Wall Street Journal" (WSJ) qəzetinin üç ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Pentaqon Suriyadakı qalan qoşunlarını geri çəkməyə hazırlaşır.
Bu geri çəkilmə prosesi başa çatdıqdan sonra, təxminən 10 ildir davam edən Amerika hərbi mövcudluğuna tamamilə son qoyulacaq.
İki ABŞ rəsmisi bildirib ki, ABŞ ordusu bu ayın əvvəlində Suriya, İordaniya və İraq sərhədlərində yerləşən strateji forpost olan Tanef qarnizonundan və Suriyanın şimal-şərqindəki Şəddadi hava bazasından geri çəkilib.
Eyni rəsmilər vurğulayıblar ki, Tramp administrasiyası Suriyada ABŞ hərbi qüvvələrinin artıq lazım olmadığına qərar verib, çünki Suriyada İŞİD-ə qarşı mübarizədə ABŞ-ın tərəfdaşı olan YPG terror təşkilatı "demək olar ki, tamamilə parçalanıb".
Digər tərəfdən, başqa bir rəsmi şəxs Tramp administrasiyasının yeni prosesdə Suriya prezidenti Əhməd Şara hökuməti ilə daha sıx diplomatik münasibətlər qurmağı və ölkə daxilindəki potensial təhdidlərə qarşı diplomatik prosesləri bu şəkildə idarə etməyi hədəflədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az