İtaliya Azərbaycana görə Aİ-yə qarşı çıxdı


Aİ-nin Rusiya neft ticarətində iştirak edən xarici limanları və bankları cəzalandırmaq cəhdi müqavimətlə üzləşir, bu da İttifaqın sonuncu, 20-ci sanksiya paketini zəiflədə bilər.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“Bəzi ölkələr Gürcüstan və İndoneziyadakı limanlara qarşı tədbir görmək təkliflərinə ehtiyatla yanaşır. Xüsusilə, İtaliya və Macarıstan Gürcüstandakı “Kulevi” limanı, Yunanıstan və Malta isə İndoneziyada yerləşən limanın fəaliyyəti ilə bağlı narahatlıqlarını bildirib. Bundan əlavə, İtaliya və İspaniya Kubada banka qarşı təklif olunan tədbirlərlə razılaşmayıb. Artan müqavimət Aİ-nin son sanksiya paketini zəiflədə bilər. Romanın Gürcüstandakı limana qarşı sanksiyalar tətbiq etməkdən çəkinməsi Azərbaycandan gələn qazın da bu liman vasitəsilə çatdırılması ilə əlaqələndirilir”, – məlumatda deyilib.


MANŞET XƏBƏRLƏRİ