İranın Azərbaycanla sərhəddə şok planı ortaya çıxdı: xəritədən silmək istəyirlər


İranda ötən həftənin cümə günü keçirilən parlament seçkilərində Cənubi Azərbaycanla bağlı təhlükəli plan ortaya çıxıb.

Seçkinin nəticəsinə görə Cənubi Azərbaycan şəhərlərindən yeddi kürd əsilli namizəd parlamentə seçilib.

“Türkiyə” qəzeti yazır ki, seçkinin nəticələri açıqlanandan sonra bölgədə PKK bayrağı ilə şənliklər keçirilib: “Bu, Suriyada Tel Abyat, Menbiç, Hələb sahilləri, Qamışlı və Haseke, eləcə də İraqın Ərbil, Mosul və Kərkük bölgələrinin türksüzləşdirilərək, kürd şəhərlərinə çevrilməsi planının davamı kimi görünür”.

Cənubi azərbaycanlı araşdırmaçı Həmid Sefidgar bildirib ki, Tehran rejiminin Cənubi Azərbaycanla bağlı planları yeni deyil, lakin hazırda yeni bir mərhələyə çatıb.

“Urmiya, Sulduz, Maku kimi şəhərlərdə kürd namizədlərin seçkini qazanması normal şərtlərdə mümkün deyil. Urmiyada kürd namizədin qələbə qazanmasını izah edə biləcək heç nə yoxdur, əhalinin tərkibi bunun real olmadığını sübut edir. Maku şəhərinin ətrafı PKK bazasına çevrilir. Xoyda da eyni vəziyyətdir. Azərbaycanlıların sayını aşağı göstərmək üçün bu yola əl atdılar. Cənubi Azərbaycan gerçəyindən qorxurlar. Plan bəllidir: Türkiyə və Azərbaycana “PKK-Kürdüstan kartını daha təsirli şəkildə istifadə edirik” mesajı verirlər. Eyni təhlükə hələ də işğal altında olan Qərbi Azərbaycan, eləcə də sərhəd bölgəsi olan Zəngəzur və Qarabağ üçün də aktualdır”, - H.Sefidgar deyib.

Cənubi Azərbaycandan fəal Elyar Makuyi isə hesab edir ki, İran rejimi təhlükəli planlarını işə salıb.

“Tehran rejimi Cənubi Azərbaycanı bölmək və xəritədən silmək üçün düyməyə basdı. Bölgədə son dərəcə təhlükəli oyun oynayırlar. Rəisi hökuməti Cənubi Azərbaycanın, yəni İranda “Qərbi Azərbaycan” adlanan bu bölgənin adını Mukriyan (XIV-XIX əsrdə mövcud olduğu deyilən kürd knyazlığının adı-red.) olaraq dəyişdirməyə çalışır. Azərbaycanlılar demokrafik təhlükə ilə üz-üzədir. İran kəşfiyyatı və kürdlər razılığa gəliblər. Cənubi Azərbaycanın əhalisinin sayını azaltmağı, azərbaycanlıları öz evlərindən qaçmağa məcbur etməyi, onların iradəsini qırmağı planlaşdırırlar Urmiya gölünü qurutmaları da bu planın bir hissəsidir. Azərbaycanlıların şəhərlərini kürdləşdirmək istəyirlər”, - o deyib.

E. Makuyi qeyd edib ki, bir müddət öncə Türkiyədə qanunsuz fəaliyyətlərlə məşğul olan və İrana qayıdan Naci Şərifi Zindaştiyə Cənubi Azərbaycanın demoqrafik xəritəsini dəyişdirmək planı həvalə edilib. Zindaşti İran kəşfiyyatının xüsusi əməliyyatlar üzrə əməkdaşıdır. SEPAH ona həm Azərbaycan, həm də Türkiyə sərhədlərində qeyri-sabit vəziyyətin yaradılması, sərhəd bölgələrinin demoqrafik reallığını dəyişdirmək tapşırığı verib”, - o vurğulayıb. (publika.az)


MANŞET XƏBƏRLƏRİ