Ərdoğan: Rusiya-Ukrayna görüşünün təşkili üzərində işləyirik


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya və Ukrayna arasında danışıqların İstanbulda baş tutması üçün səy göstərdiyini bildirib.

Turkustan.az xəbər verir ki, o, bunu Bolqarıstan Prezidenti Rumen Radevlə söhbətində deyib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Prezidenti Rumen Radev ilə telefon danışığı keçirib. Prezidentimiz Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün səylərin davam etdiyini, Bolqarıstanın bu mövzuda apardığı incə siyasətinin yaxından izlənildiyini, Türkiyənin bölgədə sülhün təmin edilməsi üçün tərəfləri İstanbulda bir araya gətirməyə çalışdığını bildirib"-deyə, Ərdoğanın ofisinin açıqlamasında deyilir.

Prezidentlər həmçinin “Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri” müzakirə ediblər. Ərdoğan Türkiyə ilə Bolqarıstan arasında əlaqələrin inkişaf etdiyini, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi səylərinin davam etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ