İlon Mask "Telegram"la rəqabət aparacaq mesenceri işə saldı


Amerikalı sahibkar İlon Maskın “X” şirkəti “XChat” adlı yeni mesencerin beta-versiyasını işə salıb.

Turkustan.az oxu.az-a istinadla xəbər verir ki, yeni mesencer “Telegram”ın birbaşa analoqudur.

“XChat” yeni nəsil mesencer kimi təqdim edilir və funksionallığına, potensialına görə “Telegram” ilə rəqabət apara bilər.

Şirkət nümayəndələrinin bəyanatına görə, “XChat” başdan sona şifrələmə, fayl paylaşımı, mesajın oxunduğunu göstərən işarələr, bütün söhbət iştirakçıları üçün mesajların silinməsi və yoxa çıxan mesaj rejimi təklif edir.


MANŞET XƏBƏRLƏRİ