Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edildi


"Ayakve" təşəbbüs qrupu Ermənistanın baş prokuroru Anna Vardapetyana baş nazir Nikol Paşinyana qarşı təhqir və Erməni Apostol Kilsəsinin (EAK) işlərinə müdaxilə etdiyinə görə cinayət işinin başlanması çağırışı ilə müraciət göndərib.

Turkustan.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ictimai xadim Avetik Çalabyan "Facebook"da canlı yayımda məlumat verib.

"Biz Ermənistanın baş prokuroru Anna Vardapetyanın diqqətini Paşinyanın, bizim nöqteyi-nəzərimizdən dövlətin EAK-nın daxili işlərinə qarışmasına bərabər olan hərəkətlərinə cəlb etmək istəyirik. Ermənistan konstitusiyası dövlətin erməni kilsəsinin və ya hər hansı digər dini qurumun işlərinə qarışmayacağına təminat verir", - o bildirib.

Çalabyan əlavə edib ki, bunun fonunda Paşinyanın sosial şəbəkələrdə paylaşımlarının Ermənistan konstitusiyasına uyğunluğunun araşdırılması üçün cinayət işinin başlanması lazımdır. /Oxu.Az/


MANŞET XƏBƏRLƏRİ