Hindistan təsdiqlədi: Pakistan təyyarəmizi vurdu


Hindistanın Müdafiə Qərargah rəisi Anil Çauhan ilk dəfə Pakistanın Hindistan təyyarəsini vurduğunu təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Bloomberg telekanalına danışan Çauhan Pakistanın Hindistan təyyarələrini vurması ilə bağlı iddialara cavab verib.

"Məncə, vacib olan təyyarənin vurulub-vurulmaması deyil, niyə vurulmasıdır", - Çauhan deyib.

Təyyarənin uçuşunda taktiki səhvlər olduğunu etiraf edən Chauhan: "Yaxşı tərəfi odur ki, etdiyimiz taktiki səhvi anlaya bildik, düzəldə bildik, iki gün sonra onu yenidən həyata keçirə bildik və bütün təyyarələrimizi yenidən uzaq məsafəli hədəfləri vurmaq üçün uçura bildik"-deyə, bildirib.

Pakistanın 6 Hindistan təyyarəsinin vurulması ilə bağlı iddiası ilə bağlı sualı cavablandıran Çauhan, "Bu, tamamilə yalandır və vacib olduğu deyilən məlumat deyil. Əhəmiyyətli olan onların nə üçün yerə düşməsidir. Bu, bizim üçün daha vacibdir"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ