Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə iyunun 2-də İstanbulda keçiriləcək danışıqların gündəliyini bilmir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.
Zelenski bunları yazıb: "Rusların İstanbula nə ilə getdiyi barədə dəqiq məlumat yoxdur. Nə bizdə, nə Türkiyədə, nə də ABŞ-da bu barədə məlumat yoxdur".
Əlavə etdi ki, o, bunun "çox ciddi görünmədiyini" düşünür. Eyni zamanda, Ukrayna prezidenti Ukrayna nümayəndə heyətinin bu danışıqlarda iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.
Daha öncə bildirilmişdi ki, İstanbulda Rusiya-Ukrayna danışıqları Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ofisində baş tuta bilər.
Aytən Yaşar/ Turkustan.az