Ermənistan hakimiyyət Samvel Şahramanyanın ləğv edilmiş qondarma rejimin “prezidenti” postuna yenidən namizəd olmaması üçün ona qarşı bütün təzyiq alətlərindən istifadə edir.
Turkustan.az-ın məlumatına görə, “Hraparak” nəşri belə yazır.
Qeyd edilir ki, Ermənistan rəhbərliyi uydurma qurumun “prezident”liyinə yeganə namizəd olan Şahramanyanın seçkidən imtina etməsinə çalışır.
“Şahramanyana qarşı təzyiq aləti Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır. O, Ermənistan hökumətində keçmiş həmkarı kimi Şahramanyanla birbaşa əlaqədə olan bəlkə də yeganə məmurdur.Xatırladaq ki, Şahramanyan uzun illər Qarabağda “Milli Təhlükəsizlik Xidməti”ndə işləyib”, - deyə qəzet yazır.
“Hraparak” qeyd edir ki, Abazyan uzun müddətdir ki, Şahramanyana hakimiyyətin mesajlarını çatdırıtr.
Ona xəbərdarlıq edilir ki, bu hərəkətləri, xüsusilə də “Artsax”ın “dövlət” institutlarının fəaliyyətini davam etdirmək səylərini ehtimal belə etməsin. Rəsmi Bakının 300 min azərbaycanlını Ermənistana qaytarmaq və QərbiAzərbaycana qaytarmaqla bağlı hədələri də bununla bağlıdır.
Adıçəkilən mətbuat orqanı bildirir ki, son bir ay ərzində Şahramanyan Qarbağdakı rejimin təslim olması zamanı silahların Azərbaycana təhvil verilməsi prosesi ilə bağlı bir neçə dəfə dindirilib. Qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayanın həmin işdə Şahramanyanın əleyhinə ifadə verməsi barədə məlumat var idi.
Yeri gəlmişkən, 2018-ci ildən sonra Samvel Babayanın könüllü olaraq bir çox adamların əleyhinə ifadə verdiyi, indi üzə çıxdığı deyilir.
“Hakimiyyətin təzyiqləri, deyəsən, nəticə verir: prezidentliyə namizədlərin irəli sürülməsi üçün ilk son tarix arxada qalıb. İkinci müddət sabah başlayır və 7 gün ərzində heç bir namizəd irəli sürülməsə, “Artsax prezidenti”nin səlahiyyətləri MM-in spikerində qalacaq”, - deyə “Hraparak” yazır. /Cebheinfo.az/