HƏMAS vasitəçilərə cavab verdi: Girovlar mərhələli şəkildə azad ediləcək


HƏMAS bu səhər ABŞ vasitəçisi Stiv Vitkoffun Misir və Qətərə təqdim etdiyi atəşkəs və girovların dəyişdirilməsi təklifinə cavabını çatdırıb.

Turkustan.az xəbər verir ki, cavab mətni geniş danışıqlardan sonra hazırlanıb. Bu proses zamanı Həmas Qətər, Beyrut və digər paytaxtlardakı Fələstin qrupları ilə intensiv təmaslar quraraq, ortaq Fələstin mövqeyini ortaya qoymağı qarşısına məqsəd qoyub.

Həmas və digər Fələstin qruplarının təklif etdiyi cavab müsbət elementləri ehtiva etməklə yanaşı, təklifin həyata keçirilməsinin mümkünlüyünü təmin etmək üçün bəzi vacib qeydləri də gətirdi. HƏMAS təklifin bir çox cəhətdən İsrailin xeyrinə hazırlandığını və fələstinlilər üçün ciddi problemlər olduğunu vurğulasa da, qeydlər nəzərə alınarsa, təklifin həyata keçirilə biləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ