Almaniyada kiçik təyyarənin evin üzərinə düşməsi nəticəsində iki nəfərin öldüyü bildirilir.
Turkustan.az xəbər verir ki, Türingiya əyalətinin Erfurt yaxınlığındakı Alkersleben qəsəbəsindən havaya qalxan kiçik təyyarə Mönchengladbach hava limanından cəmi 4 kilometr aralıda bir evə çırpılıb, iki nəfər ölüb, polisin açıqlamasında bildirilir.
Bildirilib ki, Korşenbroiçdə təyyarə fərdi yaşayış evinə çırpılıb, yanğın baş verib və evə ciddi ziyan dəyib.
Qəzada ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu açıqlanıb.
Lakin ölən digər şəxsin ev sakini, yoxsa təyyarədə olan sərnişin olduğu dəqiqləşdirilməyib.
Bildirilib ki, qəzanın səbəbləri araşdırılır.
Aytən Yaşar/ Turkustan.az