Rusiya və Ukrayna arasında danışıqların İstanbulda baş tutması üçün səy göstəririk.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Prezidenti Rumen Radev ilə telefon danışığında deyib.
“Prezidentimiz Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün səylərin davam etdiyini, Bolqarıstanın bu mövzuda apardığı incə siyasətinin yaxından izlənildiyini, Türkiyənin bölgədə sülhün təmin edilməsi üçün tərəfləri İstanbulda bir araya gətirməyə çalışdığını bildirib", - Türkiyə Prezidentinin ofisindən məlumatda bildirilib. /axar.az/