İsrail ordusu HƏMAS-ın hərbi komandirinin öldürüldüyünü təsdiqlədi


İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadının lideri Məhəmməd Sinvarın Qəzza zolağında məhv edildiyini rəsmən təsdiqləyib.

Turkustan.az xəbər verir ki, ordunun mətbuat xidmətindən verilən məlumata görə, o, anklavın cənubundakı Xan Yunis şəhəri ərazisində yerləşən Avropa Hospitalının ərazisinə endirilmiş zərbə nəticəsində məhv edilib. Hərbçilərin sözlərinə görə, xəstəxana binasında hücum zamanı Sinvarın olduğu Həmas hərbi qərargahı yerləşirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ