Azərbaycanda bir nəfəri məcburi əməyə cəlb edən şəxsə hökm oxunub.
Turkustan.az Lent.az-a istinadən xəbər verir ki, Etibar Sozalı oğlu Əliyev zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməyə cəlb edərək istismar etdiyinə görə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 144-2.1 (Məcburi əmək) maddəsi ilə cinayət işi başlanılıb və işin halları ətraflı araşdırılmış aidiyyəti üzrə məhkəməyə göndərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Sozalı oğlu Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.