SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Mingəçevir şəhərində vətəndaş qəbulu 23 yanvar saat 11:00-da Gənclər Evində baş tutacaq.
Görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 74 14; 050 845 93 52) müraciət edə bilərlər.