2031-cu il dini təqvim baxımından maraqlı hadisə ilə yadda qalacaq. Hicri və miladi təqvimlər arasındakı fərqə görə Ramazan ayı eyni il ərzində iki dəfə başlayacaq.
Turkustan.az xəbər verir ki, bu səbəbdən müsəlmanlar 2030-cu ildə ümumilikdə 36 gün oruc tutacaqlar.
Məlumata görə, Ramazan ayı 2030-cu il yanvarın 5-də başlayacaq və təxminən 30 gün davam edəcək. Daha sonra isə ilin sonunda, 26 dekabr 2030-cu ildə Ramazan ayı yenidən başlayacaq. Bu ikinci Ramazanın ilk 6 günü 2030-cu ilin içində, qalan günləri isə 2031-ci ildə tutulacaq.
Beləliklə, 2030-cu ildə ilin əvvəlində 30 gün, ilin sonunda isə 6 gün olmaqla cəmi 36 gün Ramazan orucu tutulmuş olacaq.
Səbəb – təqvim fərqi
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət hicri təqvimin miladi təqvimdən hər il təxminən 10–11 gün əvvəl gəlməsi ilə bağlıdır. Buna görə Ramazan ayı hər il bir qədər əvvəl başlayır və zamanla ilin müxtəlif fəsillərinə düşür.
32–33 ildən bir baş verir
Astronomların sözlərinə görə, Ramazan ayının eyni miladi ildə iki dəfə başlaması nadir, lakin məlum bir dövrdür və təxminən 32–33 ildən bir baş verir.
Tarixdə də buna bənzər hallar 1900, 1932, 1964 və 1997-ci illərdə qeydə alınıb. Hesablamalara görə, oxşar vəziyyətin 2062–2063-cü illərdə yenidən təkrarlanacağı gözlənilir./Bizim.Media